DÜNYA

Ölkədə yeni vergi islahatları aparılacaq
11 İYUL
177

Ölkədə yeni vergi islahatları aparılacaq

2018-07-11 10:26:00

Çin Xalq Respublikasının yeni maliyyə naziri Lyu Kun ölkənin vergi sistemində islahatlar aparılacağını bəyan edib.

Fins.az vergiler.az saytına istinadla bildirir ki, nəzərdə tutulan islahatlara əlavə dəyər vergisinin dərəcəsinin aşağı salınması da aiddir.

O, qeyd edib ki, belə bir addımın atılması - ƏDV-nin dərəcəsinin azaldılması bu il istehsalla məşğul olan şirkətlərə və təchizatçılara fayda gətirəcək. Nazir Çində gəlir vergisi sistemində nəzərdə tutulan islahatlar barədə də danışıb. Onun sözlərinə görə, uşaqların təhsilinə və səhiyyə sisteminə ayrılan xərclərlə bağlı vergi güzəştlərinə yenidən baxılacaq.

Bildirilib ki, vergi yükünün azaldılması 2013-cü ildən başlanmış vergi islahatlarının davamıdır. O vaxt hökumət ölkənin rəqabət qabiliyyətinin yüksəldilməsi və sahibkarlığın inkişafına dəstək məqsədilə vergi və yığımların məbləğini əsaslı şəkildə - 3 trilyon yuandan (1 yuan=27 qəpik) artıq aşağı salmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258