DÜNYA

Putin və Trampa görə Helsinkinin səması qapadılacaq
11 İYUL
177

Putin və Trampa görə Helsinkinin səması qapadılacaq

2018-07-11 09:43:00

İyunun 15-17-də Helsinkidə kommersiya reysləri istisna olmaqla bütün uçuşlar qadağan olunacaq. Buna səbəb kimi Finlandiyanın paytaxtında keçiriləcək Rusiya və ABŞ liderlərinin görüşü olub. 

Fins.az-ın xəbər verir ki, yerli polis qadağaların pilotsuz uçuş aparatlarına da aid olduğunu bildirib. 

“Prezidentlərin səfəri istisna haldır və bu məsələdə riskə getmək olmaz. Məhdudiyyətlər yüksək vəzifəli qonaqların təhlükəsizliyini təmin etməlidir”, - məlumatda bildirilib. 

“Helsingin Sanomat”ın məlumatına görə, bundan başqa, telefon xətlərinin işində fasilələr ehtimalı var. “DNA” və “Elisa” kimi mobil operatorlar iyulun 16-na planlaşdırılan Putin – Tramp görüşü ilə bağlı prezident sarayının yaxınlığındakı baza stansiyalarının işini modernləşdirməli olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256