DÜNYA

Çin bu ölkələrə borc verəcək
10 İYUL
83

Çin bu ölkələrə borc verəcək

2018-07-10 12:11:00

Çin ərəb ölkələrinə 20 mlrd. ABŞ dolları məbləğində kredit ayıracaq.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az  xəbər verir ki, bu barədə Çinin sədri Si Tszinpin paytaxt Pekində keçirilən Çin-Ərəb biznes forumunda bildirib.

Onun sözlərinə görə, ərəb ölkələrinə borc məşğulluğun artırılması üçün veriləcək və bu, ərəb dünyasında sosial vəziyyətə müsbət təsir edəcək. 

Sədr həmçinin qeyd edib ki, Çin hökuməti ərəb ölkələrində liman və dəmir yollarının çəkilməsində maraqlıdır. Onun sözlərinə görə, bu Mərkəzi Asiya, Şərqi Afrika və Hind okeanı regionlarını Aralıq dənizi ilə birləşdirməyə kömək edəcək.

Bundan başqa, Çin Suriya, İordaniya və Yəmənə 600 mln. yuan (90,5 mln. dollar) humanitar yardım ayıracaq. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267