DÜNYA

İsrail təbii qazı 2020-ci ildə İordaniyaya çatacaq
09 İYUL
189

İsrail təbii qazı 2020-ci ildə İordaniyaya çatacaq

2018-07-09 15:40:00

İsrail təbii qazını İordaniyaya daşıyacaq boru kəməri nəzərdə tutulduğu vaxtda, 2020-ci ilin əvvəlində ilk qaz tədarükünü həyata keçirəcək.

Fins.az xəbər verir ki, 2020-ci ilin əvvəlində İsrail təbii qazının İordaniyaya çatdırılması gözlənilir. İsraildəki “Leviathan” yatağından hasil olunacaq qazı İordaniyaya çatdıracaq boru kəmərinin inşası 2019-cu ilin sonunda tamamlanacaq. 15 il boyunca İordaniyaya 10 milyard dollarlıq İsrail qazının nəql edilməsi planlaşdırılır.

İsrail-İordaniya sərhədindən İordaniyanın Mafraq bölgəsinə qədər uzanan və tikintisinə başlanılan 65 kilometrlik boru kəməri 2020-ci ildə təbii qaz nəql etməyə başlayacaq. Kəmərlə hər il 3 milyard kubmetr qaz nəql ediləcək.

Bu boru kəməri tamamlandıqdan sonra Mafraqdakı qaz xəttinə birləşəcək və sonra ölkədəki enerji sisteminə paylanacaq. 2020-ci ilin əvvəlində isə “Noble Energy” qaz tədarükünə başlayacaq.

İsrail tərəfində də boru kəmərinin çəkilməsi işləri davam edir. İşlər İordaniyanın “NEPCO” dövlət enerji şirkəti və “Noble Energy” arasında 2016-cı ildə imzalanan 15 illik və 10 milyard dollarlıq müqavilə çərçivəsində aparılır.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258