DÜNYA

Türkiyədə 1 telekanal, 3 qəzet, 12 dərnək bağlandı
08 İYUL
594

Türkiyədə 1 telekanal, 3 qəzet, 12 dərnək bağlandı

2018-07-08 19:24:00

Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində qəbul edilən qanun qüvvəsində qərarnamə ilə 1 telekanal, 3 qəzet və 12 dərnək bağlanıb.

Fins.az-ın verdiyi məlumata görə, qərarnamayə əsasən "Avantaj TV" telekanalı, İstanbulda yayımlanan “Xalqın nəbzi”, “Özgürlükçü demokrat” və Diyarbəkirdə yayımlanan “Welat” qəzetləri bağlanıb.

Bağlanan dərnəklər isə Adıyamandakı FEM Dersxanası Məzunları ve Mənsubları Dərnəyi, Ankaradakı Furkan Elm və Xidmət Dərnəyi, Suffem Təlim və Yardımlaşma Dərnəyi, Anadolu Elm, Mədəniyyət və Yardımlaşma və Həmrəylik Dərnəyi, Kahramanmaraşdakı Furkan Təlim və Xidmət Dərnəyi, Özer Hüquq və Düşüncə Dərnəyi, Kahramanmaraş Beynəlxalq Tələbələr Dərnəyi, Kilisdəki Kilis İmam Hatip Mənsubları və Hafizləri Dərnəyi, Malatyadakı Ağ Lalələr Təlim və Sosial Yardımlaşma Dərnəyi, Furkan Təlim və Həmrəylik Dərnəyi, Samsundakı Samsun Özgürlükçü Gənclik Dərnəyi və Şanlıurfadakı Viranşehir Sənayeçi və İş Adamları Dərnəyidir.

Bağlanan telekanal, qəzet və dərnəklərə məxsus bütün daşınmaz və daşınar əmlak əvəzsiz olaraq dövlət tərəfindən müsadirə olunacaq.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258