DÜNYA

Gürcüstanda təbii fəlakətlə mübarizəyə hərbi qüvvələr cəlb olunacaq
08 İYUL
253

Gürcüstanda təbii fəlakətlə mübarizəyə hərbi qüvvələr cəlb olunacaq

2018-07-08 19:14:00

Gürcüstanın Mestiya rayonunda təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına hərbi qüvvələr cəlb olunacaq.

Fins.az-ın məlumatına görə, bu barədə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili sərəncam imzalayıb.

Dövlət başçısının sərəncamının təsdiq olunması üçün iyulun 8-də parlamentin növbədənkənar iclası keçiriləcək.

Qeyd edək ki, Mestiya rayonunda son günlər davam edən intensiv yağışlar və qaya uçqunu səbəbindən Nenskra çayı məcradan çıxıb. Daşqınlar Çuberi kəndində ciddi fəsadlar yaradıb. Kəndə aparan körpülər dağılıb, yollar sıradan çıxıb. Güclü sel bir neçə evi uçurub, 20-dən çox evə isə ziyan vurub. Çuberi kəndinin elektrik enerjisi ilə təminatında da məhdudiyyətlər yaranıb. Daşqın nəticəsində Çumberi kəndinə aparan və daha səkkiz kəndi rayon mərkəzi ilə əlaqələndirən avtomobil yolu da dağılıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256