DÜNYA

Liviyanın neft ixracı ilə bağlı böhrandan zərəri 1 mlrd. dollara çatır
07 İYUL
156

Liviyanın neft ixracı ilə bağlı böhrandan zərəri 1 mlrd. dollara çatır

2018-07-07 21:59:00

Liviyanın Hariga və Neft Hilalı ərazisindəki limanların silahlı qrupların hücumlarından sonra neft ixracını dayandırmasına görə indiyədək ölkəyə 920 mln. ABŞ dolları ziyan dəyib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az  xəbər verir ki, bu barədə Liviyanın Milli Neft Korporasiyası məlumat yayıb. Qeyd edilib ki, gündəlik zərərin məbləği isə 67 mln. dollara çatıb.

Məlumata görə, bu limanlardan ixrac mümkün olmadığından 12,5 mln. barel neft hasil edilməyib. Məlumata görə, hazırda gündəlik neft hasilatı 527 min barel təşkil edir, halbuki böhrandan öncə hasilat 1 mln. barel olub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273