DÜNYA

Gürcüstanda qazın qiyməti dəyişə bilər
06 İYUL
91

Gürcüstanda qazın qiyməti dəyişə bilər

2018-07-06 14:18:00

Gürcüstanın qaz paylama sahəsində fəaliyyət göstərən şirkətlər ölkənin Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasına istehlak tariflərinə baxılması ilə bağlı müraciət ediblər.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az-ın məlumatına görə, müraciətlər “Socar Georgia Gas”, “Kaztransqaz” ASC və “Sakorqaz” SC tərəfindən təqdim olunub. 

Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyası müraciətlərə 180 gün ərzində baxacaq. Yeni tariflərin 1 yanvar 2019-cu il tarixindən etibarən qüvvəyə minəcəyi gözlənilir. 

İndiki mərhlədə qazın istehlak tariflərinin artırılıb-artırılmayacağı məlum deyil. 

Qeyd edək ki, Gürcüstanda sonuncu dəfə qazın istehlak tarifləri ötən ilin iyulunda artıb. Hazırda Tbilisi sakinləri üçün qazın istehlak tarifi 46,153 tetri (19 sent), bölgə sakinləri üçün isə 56,940 - 57,011 (23 sent) tetri təşkil edir. Bu tariflər bu ilin dekabrın 31-nə qədər qüvvədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270