DÜNYA

ABŞ-ın xam neft ehtiyatları artır
06 İYUL
170

ABŞ-ın xam neft ehtiyatları artır

2018-07-06 11:07:00

ABŞ-ın xam neft ehtiyatları artıb.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 1,2 milyon barrel (0,3 faiz) artaraq 417,9 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 5,2 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 9,9 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 660 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 1,5 milyon barrel (0,6 faiz) azalaraq 239,7 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 800 min barrel azalması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 1,2 milyon barrel artmışdı.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258