DÜNYA

ABŞ Çin mallarına qarşı idxal rüsumlarının tətbiqinə başlayıb
06 İYUL
160

ABŞ Çin mallarına qarşı idxal rüsumlarının tətbiqinə başlayıb

2018-07-06 10:04:00

Bu gündən ABŞ hökuməti Çin istehsalı olan 34 mlrd. dollarlıq mala 25%-lik idxal rüsumunun tətbiqinə başlayıb. 

Fins.az-ın məlumatına görə, bu barədə açıqlama verən Donald Tramp bildirib ki, ABŞ gələcəkdə dəyəri 500 mlrd. dollardan çox olan Çin mallarına qarşı idxal rüsumlarını qaldıra bilər.

Çin rəsmiləri isə bəyan ediblər ki, ABŞ onlara qarşı iqtisadi əlaqələrin tarixində görünməmiş ticarət müharibəsi başlayıb və bu ticarət qanunlarının pozulmasıdır. 

"Çin zərbəni birinci endirməyəcəyi barədə öhdəlik götürüb. Lakin milli maraqları qorumaq üçün ABŞ-a qarsı cavab addımları atılacaq", - Çinin Kommersiya Nazirliyinin rəsmisi qeyd edib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256