DÜNYA

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları uzadıb
06 İYUL
99

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları uzadıb

2018-07-06 09:57:00

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini daha 6 ay uzadıb.

Fins.az-ın xəbərinə görə, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

“İyulun 5-də Şura Rusiya iqtisadiyyatının spesifik sektorlarına yönəlmiş sanksiyaları 2019-cu il yanvarın 31-nə qədər uzadıb”, - deyə Şuranın bəyanatında bildirilir.

Açıqlamada deyilir ki, bu qərar Aİ zirvəsində Fransa və Almaniya liderləri tərəfindən Minsk razılaşmalarının yerinə yetirilmə vəziyyəti barədə digər dövlət və hökumət başçılarına məlumat verildikdən sonra qəbul olunub.

Qərar iyulun 9-da Aİ-nin rəsmi dərgisində dərc olunduqdan sonra qüvvəyə minəcək.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255