DÜNYA

Almaniyada miqrasiya məsələsinə dair razılıq əldə olunub
06 İYUL
181

Almaniyada miqrasiya məsələsinə dair razılıq əldə olunub

2018-07-06 09:33:00

Almaniyanın Sosial-Demokrat Partiyasının lideri Andrea Nales hökumətin miqrantlar məsələsinə dair razılığa gəldiyini bəyan edib.   

Fins.az xəbər verir ki, koalisiyanın razılığına əsasən, miqrantlara qarşı birtərəfli tədbirlər tətbiq edilməyəcək və sərhəddə onların ölkəyə girişinə qadağa qoyulmayacaq. Bunun əvəzinə ölkəyə girişə dair müraciətlərin baxılmasının tezləşdirilməsi nəzərdə tutulub. A.Nalesin sözlərinə görə, bunun üçün müvafiq qanunda dəyişiklik etməyə ehtiyac olmayacaq.      

“Miqrant düşərgələri yaradılmayacaq, partiyanın bunu müzakirə etmək niyyəti heç vaxt olmayıb”, - deyə o bildirib. O qanunun ilin sonunadək hökumətə təqdim ediləcəyini bildirib.  

Partiya lideri qeyd edib ki,  Almaniya ərazisindəki qeyri-qanuni miqrantlar üçün qaçqın statusunun verilməsi proseduru sürətləndiriləcək.   

Bir neçə gün əvvəl Almaniya DİN rəhbəri, Xristian-Sosial İttifaqın sədri Horst Zeyexofer və kansler Angela Merkel miqrant məsələsinə dair ümumi razılığa gəliblər. Kompromis miqrantların deportasiya olunanadək yerləşəcəyi tranzit mərkəzlərinin yaradılmasını nəzərdə tutur.   

Merkel bu addımları 28 ölkənin iştirak etdiyi Aİ sammitində razılaşdırıb.  

Qeyd edək ki, iyunun ortalarında DİN rəhbəri Horst Zeyexofer qanunsuz miqrasiya problemini həll etmək üçün A.Merkelə 2 həftə vaxt vermişdi. Əks təqdirdə nazir digər ölkələrdə qeydiyyatdan  keçmiş qeyri-qanuni miqrantlara ölkəyə girişinə qadağa tətbiq edəcəyini vəd etmişdi.   

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258