DÜNYA

Nazirlərin sayı azaldılacaq, büdcəyə 102 milyon dollar qənaət ediləcək
05 İYUL
246

Nazirlərin sayı azaldılacaq, büdcəyə 102 milyon dollar qənaət ediləcək

2018-07-05 10:15:00

“Gürcüstanda “kiçik hökumət” konsepsiyasının reallaşması nəticəsində dövlət büdcəsinə iki il ərzində 250 milyon lari (102,3 milyon dollara yaxın - “Report”) qənaət ediləcək”.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az “Sputnik”ə istinadən xəbər verir ki, bunu hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyasından olan deputat Levan Qoqiçaişvili bildirib.

Hazırda Gürcüstanın Nazirlər Kabineti 13 nazirlik və bir dövlət nazirindən ibarətdir. “Kiçik hökumət” konsepsiyasına əsasən, hökumət üzvlərinin sayı 10-na endiriləcək.

“Qənaət edilən maliyyə vəsaiti daha çox ehtiyacı olan insanlara və sosial qruplara paylanacaq. Belə qruplardan biri azyaşlı uşaqları olan ailələrdir”, - deyə L.Qoqiçaişvili vurğulayıb.

Qeyd edək ki, Gürcüstan parlamenti hökumət strukturlarında dəyişiklər haqqında qanun layihəsini ilk oxunuşda təsdiqləyib. “Kiçik hökumət” konsepsiyası cari ilin oktyabrınadək başa çatacaq. Həmin vaxtda 2019-cu il üçün dövlət büdcəsi formalaşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273