DÜNYA

Türkiyədə prezident və parlament seçkilərinin yekun nəticələri açıqlanıb
04 İYUL
133

Türkiyədə prezident və parlament seçkilərinin yekun nəticələri açıqlanıb

2018-07-04 19:46:00

Türkiyə Ali Seçki Komissiyası iyunun 24-də keçirilən növbədənkənar prezident və parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az-ın məlumata görə, seçkinin yekun nəticəsinə əsasən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 50 milyon 68 min 627 seçicidən 26 milyon 330 min 823-nün (52,59%) səsini alıb.

Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Məhərrəm İncə 15 milyon 340 min 321 (30,64%), Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 4 milyon 205 min 974 (8,40%), İYİ Partiyanın namizədi Meral Akşener 3 milyon 649 min 30 (7,29%), Səadət Partiyasının namizədi Təməl Karamollaoğlu 443 min 704 (0,89%), Vətən Partiyasının namizədi Doğu Perinçek 98 min 955 səs (0,20%) alıb.

Parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası parlamentdə 295, Milliyətçi Hərəkat Partiyası (MHP) 49, HDP 67, CHP146, İYİ Partiya 43 yer qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267