DÜNYA

Gürcüstanda hökumət başçısı istefa verib
04 İYUL
196

Gürcüstanda hökumət başçısı istefa verib

2018-07-04 14:31:00

Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) hökumət başçısı Zurab Pataradze istefa verib.

Fins.az APA-yaistindən xəbər verir ki, bu barədə o keçirdiyi brifinqdə bildirib. 

Z. Pataradze istefası ilə bağlı qərarın hakim komandada qəbul edildiyini deyib. O, hakim “Gürcü arzusu” partiyasında qalacağını qeyd edib. 

Hökumət başçısının vəzifəsini tərk etməsi səbəbindən Acarıstan MR-in nazirlər kabineti avtomatik olaraq istefaya göndərilib. 

Qeyd edək ki, Z. Pataradze 2016-cı ilin iyulundan muxtar respublikanın hökumət başçısı vəzifəsini tutub. Bundan əvvəl o, Gürcüstanın Qazaxıstanda səfiri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258