DÜNYA

Bu ölkədə işsizlik göstəricisi aşağı səviyyədədir
04 İYUL
303

Bu ölkədə işsizlik göstəricisi aşağı səviyyədədir

2018-07-04 10:58:00

Avropa İttifaqının (Aİ) “Avrostat” statistika bürosunun məlumatına görə, Polşada işsizlik göstəricisi Aİ məkanında ən aşağı göstəricilərdən biridir.

Bu ilin may ayı üçün olan məlumatlara əsasən Polşada işsizlik göstəricisi 3,8 faiz olub. Aİ məkanında bu göstəricinin daha aşağı qiyməti yalnız iki ölkədə qeydə alınıb: Çexiyada (2,3 faiz) və Almaniyada (3,4 faiz).

İşsizlik sarıdan ən pis vəziyyət Yunanıstanda yaranıb: bu ölkədə (mart ayı üçün olan məlumata görə) əmək qabiliyyətli əhalinin 20 faizi, İspaniyada isə (may ayının məlumatına əsasən) əmək qabiliyyətli sakinlərin 15,8 faizi işsizdir.

Avropa İttifaqında orta işsizlik səviyyəsi 7 faiz, o cümlədən avro zonasına daxil olan ölkələrdə 8,4 faizdir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250