DÜNYA

Avropa İttifaqı müdafiə qabiliyyətini gücləndirmək niyyətindədir
29 İYUN
242

Avropa İttifaqı müdafiə qabiliyyətini gücləndirmək niyyətindədir

2018-06-29 16:54:00

Avropa İttifaqı (Aİ) müdafiə qabiliyyətini gücləndirməli və hərbi xərclərini artırmalıdır.

Fins.az  xəbər verir ki, bu barədə Aİ ölkələrinin birgə bəyannaməsində deyilir.

"İttifaq müdafiəyə investisiyalar cəlb etmək, operativ hazırlıqları gücləndirmək və bununla da Avropanın müdafiə qabiliyyətini artırmaq istiqamətində addımlar atır. Bu təşəbbüslər onun strateji muxtariyyətini genişləndirir, NATO-nun fəaliyyətini tamamlayır və gücləndirir", - bəyannamdə vurğulanıb.

Bundan əlavə, Aİ-yə üzv dövlətlər hərbi əməkdaşlıq üzrə yeni pakt hazırlamağı öhdələrinə götürüblər. Paktın hazırlanmasına dair qərar ölkələrin liderlərinin NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündən sonra qəbul edilib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253