DÜNYA

Ərdoğanın yeni prezident kimi ilk səfəri HARA OLACAQ?
28 İYUN
646

Ərdoğanın yeni prezident kimi ilk səfəri HARA OLACAQ?

2018-06-28 15:01:00

Rəcəb Tayyib Ərdoğanın prezident idarə üsuluna keçmiş Türkiyənin ilk Prezidenti kimi birinci rəsmi səfəri Şimali Kiprə və Azərbaycana olacaq.

Fins.az xəbər verir ki, Ərdoğanın Şimali Kiprə və Azərbaycana səfəri iyulda planlaşdırılan inauqurasiyadan sonra baş tutacaq.

Ərdoğanın inauqurasiya mərasiminin dəqiq tarixi barədə hələ məlumat verilmir.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Prezident seçkilərində R.T.Ərdoğan 52,5 faiz səslə qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyasından olan Məhərrəm İncə isə səslərin 30,7 faizini toplayıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258