DÜNYA

ABŞ daha bir dövlətə qarşı yeni sanksiyalar tətbiq edəcək
28 İYUN
196

ABŞ daha bir dövlətə qarşı yeni sanksiyalar tətbiq edəcək

2018-06-28 09:39:00

ABŞ Administrasiyası Venesuela hakimiyyətinə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Fins.az xəbər verir ki, bunu çərşənbə günü Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo ABŞ Konqresindəki dinləmələrdə çıxışı zamanı Venesuela ilə bağlı planlar barədə danışarkən deyib.

"Biz rejimə qarşı əlavə sanksiyalar tətbiq edəcəyik", - deyə Amerika diplomatiyasının rəhbəri bildirib.

Dövlət katibi bununla yanaşı qeyd edib ki, Vaşinqton Venesueladakı diplomatlarının "arzuolunmaz şəxs" elan edilməsinə və Vaşinqtonun buna analoji şəkildə cavab verməsinə baxmayaraq, Karakasın zamanla demokratiyaya qayıtması üçün hər hansı imkanın qalmasından ötrü şəraitin yaradılması üzrə diplomatik səylərini davam etdirəcək.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258