DÜNYA

AIIB bu ölkəyə 600 mln. dollar kredit ayırıb
27 İYUN
94

AIIB bu ölkəyə 600 mln. dollar kredit ayırıb

2018-06-27 16:25:00

Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Türkiyənin qaz təchizatı layihəsi üçün 600 mln. ABŞ dolları kredit ayırıb. 

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az xəbər verir ki, bu barədə Bankın Direktorlar Şurası bu gün qərar qəbul edib.

Yeni investisiya hesabına Türkiyənin “Tuz Gölü” qaz anbarının həcmi illik 1,2 mlrd. kubmetrdən 5,4 mlrd. kubmetrə qədər artırılacaq.

Dünya Bankı və AIIB-in ortaq maliyyələşdirdiyi layihə 3 əsas komponenti özündə əks etdirir.

Birinci komponent “Tuz gölü” qaz anbarının həcminin genişləndirilməsi, onun həmçinin yerüstü və yeraltı qurğularla təchizatını, şirin və duzlu su boru kəmərlərini, idarəetmə və telekommunikasiya sistemlərini, həmçinin podratçı xidmətlərini əhatə edir.

İkinci komponentə nəzarət üzrə konsultasiya daxildir ki, burada mühəndislik məsələləri, layihəyə kəmiyyət və keyfiyyət nəzarəti aiddir.

Sonuncu əsas komponent isə ətraf mühit və sosial təsirlərlə bağlıdır.

“Bu layihə Türkiyənin etibarlı qaz təchizatçısı kimi rolunu daha da artırır, hansı ki, ölkə iqtisadiyyatı qaz idxalından asılıdır. Layihə həmçinin ölkənin enerji təhlükəsizliyini təmin edir və AIIB-in əsas enerji strategiyası olan enerji təchizatında karbon emissiyasını azaldır” – deyə AIIB-in investisiya əməliyyatları üzrə baş direktoru Yi İen Panq (Yee Ean Pang) deyib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273