DÜNYA

Avropa İttifaqının ən varlı və kasıb ölkələri açıqlanıb
25 İYUN
1359

Avropa İttifaqının ən varlı və kasıb ölkələri açıqlanıb

2018-06-25 10:07:00

Avropa İttifaqının (Aİ) ən bahalı ölkəsi Danimarka hesab olunub.

Fins.az xəbər verir ki, bu barədə Aİ ölkələrinin yaşayış xərcləri ilə bağlı alman alimlərinin keçirdiyi sorğuda açıqlanıb.

Belə ki, Danimarkada qiymət səviyyəsi Mərkəzi Avropadan 41,5% artıqdır. Bunu ölkəyə gələn qonaqlar da hiss edir.

Həmçinin Aİ-nin bahalı ölkələr siyashısına Lüksemburq (qiymət səviyyəsi Aİ ortalamasının 27%-dən çox təşkil edir), İsveç (25), İrlandiya (25) və Finlandiya (22) aiddir. Həmçinin Almaniya, Hollandiya, Belçika, Fransa və Avstriya da bahalı ölkələr hesab olunur.

Qeyd etmək lazımdır ki, Aİ-nin ən ucuz ölkəsi Bolqarıstandır. Burada istehlakçı müəyyən məhsul və xidmətlərə Avropa səviyyəsindən də aşağı ödəniş edir.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256