DÜNYA

Bu ölkədə fövqəladə vəziyyət rejimi 3 ay uzadılıb
25 İYUN
99

Bu ölkədə fövqəladə vəziyyət rejimi 3 ay uzadılıb

2018-06-25 09:44:00

Misir parlamentində keçirilən səsvermədə ölkədə fövqəladə vəziyyət rejiminin növbəti dəfə 3 ay uzadılması dəstəklənib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fİns.az xəbər verir ki, bundan əvvəl Misir prezidenti Abdel Fəttah as-Sissi bu barədə müvafiq sərəncam imzalayıb.

Misirdə fövqəladə vəziyyət rejimi 2017-ci ilin aprelində, Tante və İsgəndəriyyə şəhərlərində terror aktları törədiləndən sonra tətbiq olunmağa başlanıb. Həmin iki terror aktında 50-dən çox insan həlak olub, 100-dən çox insan yaralanıb. Ölkə qanunvericiliyinə görə, fövqəladə vəziyyət rejimi hər dəfə 3 ay olmaqla uzadılır.

Hazırda Misirdə ölkənin şimalı və mərkəzindəki Sinay yarımadasında terrorizmə qarşı geniş masştablı əməliyyat keçirilir.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273