DÜNYA

Milli Məclisin deputatları Türkiyədə keçiriləcək prezident seçkilərini izləyəcəklər
21 İYUN
149

Milli Məclisin deputatları Türkiyədə keçiriləcək prezident seçkilərini izləyəcəklər

2018-06-21 22:22:00

 İyunun 24-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilərini müşahidə etmək üçün Azərbaycan Milli Məclisinin (MM) bir qrup deputatı bu ölkəyə səfər edəcək.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

MM-dən verilən məlumata görə, parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlar Səttar Möhbalıyev və Şəmsəddin Hacıyev Milli Məclisin xətti ilə, millət vəkilləri İlham ƏliyevTürkdilli Ölkələrin Parlament Assambleyası, Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyası missiyalarının tərkibində seçkilərə qatılacaqlar.

Deputatlar Ankaranın seçki məntəqələrində aparılan hazırlıq işləri ilə tanış olacaq, prosesin gedişatını, vətəndaşların fəallığını yaxından izləyəcəklər.

Səfər iyunun 25-də başa çatacaq.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273