DÜNYA

Səudiyyə Ərəbistanı OPEC+ ölkələrinə neft hasilatını artırmağı təklif edib
21 İYUN
102

Səudiyyə Ərəbistanı OPEC+ ölkələrinə neft hasilatını artırmağı təklif edib

2018-06-21 12:36:00

Səudiyyə Ərəbistanı OPEC+ ölkələrinə neft hasilatının gündəlik həcmini 600-800 min barrel artırmağı təklif edib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az xəbər verir ki, bu, yekun təklif olmasa da, bu gündən başlayaraq iyunun 23-nə qədər Vyanada (Avstriya) OPEC-in “Neft-Dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda keçiriləcək 7-ci beynəlxalq seminarında müzakirə üçün baza olacaq. 

Hasilatın artırılması məsələsinin ayrıca Rusiya ilə müzakirə ediləcəyi də gözlənilir. 

Xatırladaq ki, Rusiya neft hasilatının gündəlik həcminin sutkada 1,5 mln barrel artırılmasını təklif edib.

Səudiyyə Ərəbistanın energetika naziri Xalid Əl Falix bəyan edib ki, OPEC-in bütün liderləri neftlə bağlı siyasətin dəyişdirilməsinin vaxtının çatdığına əmindir. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272