DÜNYA

İranda qadınların stadionda futbola baxmasına icazə verilib
21 İYUN
215

İranda qadınların stadionda futbola baxmasına icazə verilib

2018-06-21 09:52:00

 İran hökuməti qadınların stadionda kişilərlə birgə futbol matçına baxmasına qoyulan qadağanı aradan götürüb.

Fins.az xəbər verir ki, qadınlar 1979-cu ildən bu yana ilk dəfə olaraq qanuni şəkildə stadionda futbola baxmaq fürsəti əldə ediblər.

Bu hadisə Tehranda, yerli stadionlardan birində DÇ-2018-in İran-İspaniya oyununun (0:1) canlı yayımının təşkili zamanı baş verib. Lakin bu asanlıqla olmayıb. Əvvəlcə onların stadiona girişinə yenə imkan verilməyib. Ancaq qadın azarkeşlərin oturaq aksiya keçirməsindən sonra, tribunalar onların üzünə açılıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256