DÜNYA

Dünyada ən çox neft hasil edən hansı ölkədir?
20 İYUN
157

Dünyada ən çox neft hasil edən hansı ölkədir?

2018-06-20 15:36:00

ABŞ dünyada ən çox neft hasil edən ölkədir.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az xəbər verir ki, bu barədə BP-nin statistik hesabatında deyilir. Bildirilir ki, ötən il ABŞ-ın neft hasilatı ümumilikdə 571 milyon ton olub. ABŞ ardıcıl 4 ildir ki, neft istehsalına görə birinci yerdədir. Beləliklə də ABŞ-da dünyada neftin 14 faizi hasil edilib.

Keçən il ABŞ-ın neft istehsalı əvvəlki illə müqayisədə 5,6 faiz artaraq gündəlik orta hesabla 13,06 milyon barrel səviyyəsinə çatıb.

Neft istehsalına görə ikinci sırada 561 milyon 700 min ton ilə Səudiyyə Ərəbistanı və üçüncü yerdə isə 554 milyon 400 min tonla Rusiya qərarlaşıb. Səudiyyə Ərəbistanının xam neft və neft məhsulları istehsalı keçən il 2016-cı ilə nisbətdə 3,6 faiz azalaraq sutkalıq orta hesabla 11,9 milyon barrelə geriləyib. Hesabat ilində Rusiyanın neft hasilatı isə əvvəlki illə müqayisədə 0,1 faiz azalaraq gündəlik orta hesabla 11,26 milyon barrel təşkil edib.

Ötən il qlobal neft hasilatı əvvəlki ilə nisbətən 0,5 faiz artaraq 4 milyard 387 milyon 100 min ton olub.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267