DÜNYA

Avropa İttifaqı bir sıra ölkələrdə viza verilməsi qaydalarını sərtləşdirə bilər
20 İYUN
181

Avropa İttifaqı bir sıra ölkələrdə viza verilməsi qaydalarını sərtləşdirə bilər

2018-06-20 09:47:00

Avropa İttifaqı (Aİ) rəhbərliyi təkrar qəbuletmə məsələləri üzrə lazımi səviyyədə əməkdaşlıq etməyən ölkələrdə viza verilməsi qaydalarının sərtləşdirilməsini nəzərdə tutan viza məcəlləsinin islahatı mövzusunda danışıqlara başlayıb.

Fins.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Aİ ölkələrinin daimi nümayəndələri artıq Şura adından viza məcəlləsinə dəyişikliklər edilməsinə dair danışıqlar üzrə mandatı təsdiq ediblər. Şura bu qərar əsasında Avropa Parlamenti (AP) ilə danışıqlara başlayacaq. Lakin bunun üçün AP-nin də öz mövqeyini təsdiq etməsi lazımdır.

"Yenilənmiş nizam-intizam Aİ-nin viza siyasətinin müasirləşdirilməsinə, təhlükəsizliyin yaxşılaşdırılmasına və miqrasiya problemlərinə cavab vermək üçün mövcud vasitələrin genişləndirilməsinə imkan yaradacaq", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, komissiya, müntəzəm olaraq üçüncü ölkələrin geri qəbul məsələləri üzrə əməkdaşlığını qiymətləndirəcək. Ölkənin əməkdaşlıq etmədiyi hallarda komissiya Şuraya viza və viza haqları ilə əlaqədar xüsusi məhdudlaşdırıcı tədbirlər görməyi təklif edəcək.

"Miqrasiyanın effektiv idarə olunması qalma hüququ olmayan insanların geri qaytarılma mümkünlüyünün təmin edilməsini özündə əks etdirir. Viza məcəlləsinin yeni qaydaları bizim üçün öz vətəndaşını qəbul etmək istəməyən üçüncü ölkələrə cavab vermək üçün bir vasitədir", — deyə Avropa İttifaqına sədrlik edən Bolqarıstanın daxili işlər naziri Valentin Radyev bu təşəbbüsləri şərh edərkən bildirib.

Eləcə də bax: Türkiyədə üçüncü nüvə elektrik stansiyası tikiləcək

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251