DÜNYA

ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk edib
20 İYUN
120

ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk edib

2018-06-20 09:30:00

ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk etməyə qərar verib.Fins.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

“ABŞ rəsmi olaraq BMT İHŞ-i tərk edir”, - deyə N.Heyli Dövlət Departamentinin mətbuat konfransında bildirib.

ABŞ dövlət katibi Mayk Pompeo isə BMT İHŞ-in ölkənin milli maraqlarını pozduğunu vurğulayıb: “N.Heyli isə artıq bir ildən çoxdur ki bu təşkilatda islahatlar həyata keçirməyə çalışır”.  

“Əgər təşkilat bizim və müttəfiqlərimizin milli maraqlarını pozursa, biz onun üzvü olmaqdan imtina edirik”, - deyə Pompeo qeyd edib.

Eləcə də bax: Prezident ölkənin adının dəyişdirilməsini rədd edib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256