DÜNYA

Türkiyədə üçüncü nüvə elektrik stansiyası tikiləcək
15 İYUN
446

Türkiyədə üçüncü nüvə elektrik stansiyası tikiləcək

2018-06-15 22:46:00

Türkiyədə üçüncü nüvə elektrik stansiyası böyük ehtimalla Trakiyada tikiləcək.

Fins.az-ın məlumatına görə, bunu ölkənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak CNNTurk telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, stansiyanın tikilməsi üçün bu yerin seçilməsi yüksək enerji sərfiyyatı və kiçik istehsal həcmi ilə bağlıdır.

Qeyd edək ki, Türkiyədə birinci nüvə elektrik stansiyası Rusilya ilə birgə Mersində tikilir, ikincisi isə - Silopda.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255