DÜNYA

Rusiyada pensiya yaşı artırıldı
14 İYUN
360

Rusiyada pensiya yaşı artırıldı

2018-06-14 15:26:00

Rusiyanın baş naziri Dmitri Medvedev 2019-cu ildən ölkədə pensiya yaşının artırılmasını elan edib.

Fins.az-ın məlumatına görə, yeni qərara əsasən kişilər üçün pensiya yaşı 65-ə, qadınlar üçün 63 yaşadək yüksəlir.

Baş nazir bildirib ki, bu pensiya müddətinə keçid dövrü kişilər üçün 2028-ci ilə, qadınlar üçün 2034-cü ilədək davam edəcək.

Qeyd edək ki, Rusiyada hazırda pensiya yaşı kişilər üçün 60, qadınlar üçün 55-dir.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255