DÜNYA

Trampın Nobel Sülh mükafatına namizədliyi irəli sürülə bilər, əgər...
14 İYUN
131

Trampın Nobel Sülh mükafatına namizədliyi irəli sürülə bilər, əgər...

2018-06-14 12:35:00

Birləşmiş Ştatların Rusiyadakı sabiq səfiri Maykl Makfol ABŞ Prezidenti Donald Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürəcəyini bəyan edib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az-ın məlumatına görə, M.Makfol bildirib ki, əgər Sinqapurda Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen Inla keçirilmiş sammit Şimali Koreyanın nüvəsizləşdirilməsi haqqında sazişin imzalanmasına gətirib çıxarsa, D.Trampın Nobel mükafatına namizədliyini irəli sürəcək.

Qeyd edək ki, iyunun 12-də Sinqapurun Sentosa adasında ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirilib.

D.Tramp görüşün yekunları üzrə bildirib ki, Şimali Koreya ilə "ətraflı" sənəd imzalayıb və vurğulayıb ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi preosesi "tez bir zamanda" başlayacaq. Kim Çen In, öz növbəsində, imzalanan sənədi iki ölkə arasındakı münasibətlər üçün "yeni başlanğıc" adlandırıb və gələcəkdə "böyük dəyişikliklər" vəd edib.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267