DÜNYA

Ərdoğan Rusiyaya S-500 raket komplekslərinin birgə istehsalını təklif edib
14 İYUN
173

Ərdoğan Rusiyaya S-500 raket komplekslərinin birgə istehsalını təklif edib

2018-06-14 09:47:00

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif edib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fİns.az-ın xəbərinə görə, bu barədə Türkiyə prezidenti TV 24 telekanalına müsahibəsində bildirib.

"Rusiya bizə S-400 zenit-raket kompleksləri üzrə əlverişli kredit şərtləri təqdim edib. Növbəti  mərhələlərdə isə birgə istehsala başlayacağıq. Mən  Putinə S-500-ləri birlikdə istehsal etməyi təklif etdim”, deyə Ərdoğan vurğulayıb.

Ərdoğan həmçinin Rusiyadan S-400 zenit-raket komplekslərinin tədarükü  ilə bağlı ABŞ və NATO-nun tənqidlərinə cavab verib: “Bəs Yunanıstanın S-300-ləri barədə niyə susurlar? Türkiyəyə qarşı belə bir siyasətin yürüdülməsi anlaşılmazdır.  Biz daim müdafiə sənayemizin tələbatlarını təmin etməyə çalışacağıq”.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267