DÜNYA

Sinqapur hökuməti KXDR-ABŞ sammitinin təşkilinə çəkilən xərci açıqlayıb
13 İYUN
556

Sinqapur hökuməti KXDR-ABŞ sammitinin təşkilinə çəkilən xərci açıqlayıb

2018-06-13 16:51:00

ABŞ prezidenti Donald Trampla KXDR lideri Kim Çen In arasında baş tutan ikigünlük görüşün təşkilinə Sinqapur 15 milyon ABŞ dolları sərf edib.

Fins.az xəbər verir ki, bu barədə Sinqapur baş naziri Li Syanlun bildirib.

Bu məbləğə dövlət başçılarının Sentosa adasındakı dəbdəbəli "Capella" hotelində qalması, eləcə də təhlükəsizliyin təmin edilməsi və beynəlxalq mətbuat mərkəzinin yaradılması xərcləri daxildir.

Qeyd edək ki, Sinqapur həm KXDR, həm də ABŞ-la əlaqələr qurmuş azsaylı ölkələrdən biridir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260