DÜNYA

Kaliforniyanın 3 ştata bölünməsi ilə bağlı referendum keçiriləcək
13 İYUN
169

Kaliforniyanın 3 ştata bölünməsi ilə bağlı referendum keçiriləcək

2018-06-13 15:31:00

 Bu ilin noyabrın 6-da ABŞ-ın Kaliforniya ştatının 3 ayrı ştata bölünməsi ilə bağlı referendum keçiriləcək.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az  xəbər verir ki, bunu ştatın katibi Aleks Padilla bildirib.

Qeyd edək ki, bu layihənin müəllifi biznesmen Tim Dreyperdir. O, Kaliforniyanın mərkəzi, cənubi və şimali ştatlara bölünməsini təklif edib. Yeni yaranacaq ştatlara adları sakinlər verəcək. Layihəni ABŞ Konqresində qəbul etməlidir.

T.Dreyper 2014 və 2016-cı illərdə də bu təşəbbüslə çıxış etmişdi. Ancaq onda yetərincə dəstək qazanmamışdı.

Xatırladaq ki, ABŞ 50 ştatdan, bir federal ərazidən, 5 böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət federativ respublikadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267