DÜNYA

ABŞ və Şimali Koreya liderləri yekun sənəd imzalayıblar
12 İYUN
160

ABŞ və Şimali Koreya liderləri yekun sənəd imzalayıblar

2018-06-12 11:08:00

ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Sinqapurda keçirdikləri görüşün yekunu üzrə sənəd imzalayıblar.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az-ın məlumatına görə, K.Ç.In yekun sənədin imzalanmasını "yeni start" adlandırıb.

X X X

09:39

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla sənəd imzalayacağını bəyan edib.

Fins.az-ın məlumatına görə, bununla belə, o hansı sənəddən söhbət getdiyini açıqlamayıb.

ABŞ Prezidenti qeyd edib ki, K.Ç.Inla görüşdə böyük irəliləyiş əldə olunub və görüş gözlənildiyindən də yaxşı keçib.

Öz növbəsində, Koreya Xalq Demokratik Respublikasının rəhbəri bildirib ki, D.Trampla sıx əməkdaşlıqda maraqlıdır. O, Pxenyan və Vaşinqtonun problemlərin öhdəsindən gələ biləcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, liderlər arasında tarixi görüş Sinqapurun Sentosa adasında keçirilib.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267