DÜNYA

ABŞ Rusiyanın 8 fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib
11 İYUN
367

ABŞ Rusiyanın 8 fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib

2018-06-11 23:20:00

ABŞ Rusiyanın 3 fiziki və 5 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.  

Fins.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. 

"Qara siyahı"ya Oleq Çirkov, Vladimir Kaqanski və Aleksandr Tribunun adları daxil edilib. Onların hamısı "Dayvtexnosentr" şirkəti ilə əlaqəli olduqlarına görə sanksiyaya məruz qalıblar. 

Bundan başqa, "Digital Security", "Dayvtexnosentr" və "Kvant" elmi-tədqiqat institutu da Rusiya Federal Təhqiqatlar Bürosu (FTB) ilə əlaqələrinə görə sanksiya siyahısına daxil edilib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259