DÜNYA

Merkel Rusiyanın G-7-yə qayıtması şərtini açıqlayıb
11 İYUN
404

Merkel Rusiyanın G-7-yə qayıtması şərtini açıqlayıb

2018-06-11 09:36:00

Dünyada böhranların nizamlanması üçün Qərbin Rusiyaya ehtiyacı var, lakin Rusiyanın G-8 formatına qayıtması Minsk razılaşmalarının yerinə yetirilməsindən asılıdır.

Fins.az-ın məlumatına görə, bunu ARD telekanalına müsahibəsində Almaniyanın kansleri Angela Merkel bəyan edib.

“Mən Rusiyanın qayıdışını təsəvvür edə bilərəm. Lakin əvvəlcə Minsk razılaşmasının yerinə yetirilməsində irəliləyiş baş verməlidir”, deyə A.Merkel qeyd edib.

O həmçinin İtaliyanın Rusiyaya qarşı tətbiq edilən sanksiya rejiminə sadiq qalacağına ümid edib: “Düşünürəm ki, İtaliya bizimlə razıdır və G-7 sammitində səslənən fikirlərə uyğun hərəkət etmək niyyətindədir”.

Bu günlərdə ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya “Böyük yeddiliyə”  qayıtmalıdır. O bildirib ki, kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq Rusiya G7-də iştirak etməlidir. İtaliyanın baş naziri Cuzeppe Rossi isə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yenidən nəzərdən keçirilməsinə çalışacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253