DÜNYA

Ən bahalı futbolçuların adı açıqlanıb
10 İYUN
431

Ən bahalı futbolçuların adı açıqlanıb

2018-06-10 16:13:00

Almaniyanın “Transfermarket” portalı futbol üzrə dünya çempionatında çıxış edəcək komandaların qiymətini açıqlayıb.

Fins.az-ın xəbərinə görə, turnirin ən bahalı oyunçuları argentinalı Lionel Messi və braziliyalı Neymar olub.

Onlar 180 milyon avro dəyərində qiymətləndirilib.

İkinci sırada İngiltərə yığmasının forvardı Harri Keyn və Kevin de Bryunenin adı yazılıb. Portalın məlumatına görə, onlara 150 milyon avro ödəniləcək.

Siyahıda üçüncü sırada fransız Pol Poqba qərarlaşıb. Ən bahalı futbolçuların ilk beşliyinə Rafael Varan və Almaniya yığmasının yarımmüdafiəçisi Toni Kros da daxil edilib.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257