DÜNYA

Səudiyyə Ərəbistanı neft hasilatını artırmağa başladı
10 İYUN
273

Səudiyyə Ərəbistanı neft hasilatını artırmağa başladı

2018-06-10 16:02:00

Səudiyyə Ərəbistanı təxminən iki il davam edən azalmadan sonra neft hasilatını artırmağa başladı.

Nəşrin rəsmi məlumatına əsasən, may ayı ərzində Krallıqda neft hasilatının həcmi gündə 100 min bareldən çox artırılmışdır. Bu rəqəm gündə təxminən 10 milyon barelə çatdı. Bu ay ərzində məmurlar həcmi gündə daha 100 min barel artırmağı planlaşdırırlar.

"Bu addım bazarda narahatlığı azaldacaq", - mənbələrdən biri bildirib. O, İrandan neft təchizatının axsaması haqda narahatlığın olduğunu qeyd edib.

Qəzetin məlumatına əsasən artan xam neft hasilatının həcmi Səudiyyə Ərəbistanının standartlarına görə o qədər çox deyil. Lakin, Krallığın gördüyü tədbirlər Ər-Riyadın siyasət vektorunun dəyişməsi anlamına gəlir. Məhz Səudiyyə Krallığı iki il öncə xam neft hasilatının azaldılması məqsədilə yaradılan ölkələr koalisiyasına başçılıq edirdi.

Nəşrdə Kpler konsaltinq şirkətinin təqdim etdiyi məlumatlara əsasən, Krallıqdan neft ixracının həcmi gündə 300 min barel artıb. Qeyd olunur ki, neft hasilatı və ixracının göstəriciləri heçdə həmişə “tandem” şəklində hərəkət etmir.

Bir neçə gün öncə bu həftə ərzində Reuters mənbələrə istinadən xəbər verdi ki, ABŞ administrasiyasının rəsmi nümayəndəsi Səudiyyə şahzadəsi Məhəmməd bin Salman Al Saud alilərinə zəng vuraraq ondan neft hasilatının həcmini artırmağı xahiş etmişdir. Buna səbəb kimi ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar nəticəsində iran neftinin ixracının azalması və dünya bazarlarında neftin qiymətinin kəskin bahalaşması göstərilir. Mənbələrdən biri əlavə etdi ki, bu danışıq mayın 7-si, ABŞ prezidenti Donald Trampın İran nüvə razılaşmasından çıxacağı elanından bir gün əvvəl baş vermişdir.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253