DÜNYA

Rusiyadan 5 ayda 23 milyard dollar çıxarılıb
10 İYUN
190

Rusiyadan 5 ayda 23 milyard dollar çıxarılıb

2018-06-10 15:46:00

Bu ilin ilk beş ayı ərzində Rusiyadan çıxarılan xalis kapitalın həcmi 23,3 mlrd. ABŞ dolları təşkil edib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az Rusiya Mərkəzi bankına istinadən xəbər verir ki, ötən il ilə müqayisədə bu ölkənin xalis kapital ixracı 24% artıb. Belə ki, ötən il Rusiyadan xalis kapital ixracı 18,8 mlrd. dollar olub.

Tənzimləyicinin məlumatına görə, xalis kapital ixracının 3/4-ü digər sektorlarda qeyri-rezidentlərlə əməliyyatların payına düşüb. 

"Əgər 2017-ci ildə maliyyə cəlbi və xaricdə müxtəlif sektorlarda vəsaitlərin yerləşdirilməsi balanslaşdırılmışdısa, cari ildə xarici öhdəliklərin minimum yüksəlməsi ilə xalis maliyyə aktivlərinin cəlbində nəzərəçarpacaq artım qeydə alınıb", - deyə məlumatda vurğulanıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267