DÜNYA

Avropa və Kanada ABŞ-la bağlı qərarını verdi
08 İYUN
1724

Avropa və Kanada ABŞ-la bağlı qərarını verdi

2018-06-08 12:37:00

“Böyük yeddilik” (G7) sammitində yekun qərar ABŞ-ın iştirakı olmadan imzalana bilər.

Fins.az xəbər verir ki, bu fikirləri Fransa prezidenti Emmanuel Makron öz “Twitter” hesabında yazıb. 

“Ola bilsin ki, ABŞ prezidenti tədric olunmağa qarşı deyil, biz də 6 ölkə ilə saziş imzalanmağa qarşı deyilik”, - fransalı lider bildirib. 

“Reuters”in verdiyi məlumata görə, Makron əlavə edib ki, dünya nəhəngləri iqtisadiyyatda hər hansı ölkənin vahid hegemonluğunu qəbul etməyəcək. 

“ABŞ olmadan da G7-nin digər altı ölkəsi daha böyük bazarı təmsil edir”, - Fransa prezidenti bildirib. 

Belə açıqlamalara səbəb Vaşinqtonla G7 həmkarları arasında rüsumlar və ticarət tənzimlənməsi barədə məsələləri olub. 

“Böyük yeddilik” sammiti iyunun 8-9-da Kanadanın Kvebek şəhərində keçiriləcək.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260