DÜNYA

Tramp iyunun 9-da G7 sammitindən birbaş Sinqapura yollanacaq
08 İYUN
410

Tramp iyunun 9-da G7 sammitindən birbaş Sinqapura yollanacaq

2018-06-08 09:32:00

ABŞ prezidenti Donald Tramp Kanadada keçirilən G7 sammitini şənbə günü səhər tərk edəcək və dərhal da Sinqapura yollanacaq.

Fins.az xəbər verir ki, bunu cümə günü Ağ evin mətbuat katibi Sara Sanders deyib.

"Prezident Tramp Şarlevuada keçirilən G7 sammitini yerli vaxtla səhər saat 10:30-da (Bakı vaxtı ilə 18:30-da ), qadınların hüquq və imkanlarının genişləndirilməsinə həsr olunmuş sessiyadan sonra tərk edəcək. Prezident oradan çərşənbə axşamı Şimali Koreya lideri Kim Çen In ilə görüşmək üçün birbaş Sinqapura yola düşəcək", - deyə o əlavə edib.

Sandersin sözlərinə görə, Vaşinqtonu G7-nin qalan görüşlərində Ağ evin İqtisadi Şurasının direktor müavini Everett Eyzenstet təmsil edəcək.

Eləcə də bax: Ronaldu “Real”dan gedir

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256