DÜNYA

Avropanın üç dövləti ABŞ-a məktub ünvanlayıb
06 İYUN
224

Avropanın üç dövləti ABŞ-a məktub ünvanlayıb

2018-06-06 16:29:00

Avropanın üç dövləti - Almaniya, Britaniya və Fransa ABŞ-a məktub ünvanlayıb. 

Fins.az xəbər verir ki, məktubda İranda fəaliyyət göstərən Avropa İttifaqı ölkələrinə məxsus şirkətlərə ABŞ-ın bu ölkəyə tətbiq edəcəyi sanksiyalardan qorunmaq üçün güzəşt istənilib. 

Güzəştin xüsusilə farmakologiya, səhiyyə, energetika, avtomobil, mülki aviasiya, infrastruktur və maliyyə sektorlarına şamil edilməsi tələb olunub.

Qeyd edək ki, ABŞ 2015-ci il iyulun 15-də İranın nüvə proqarmı ilə bağlı imzalanan Hərtərəfli Birgə Fəaliyyət Planından çıxdığını elan edib. Avropa İttifaqına daxil olan ölkələr və Britaniya isə plan qəbul edildikdən sonra İranla ticarət əlaqələrini genişləndirməyə başlayıb. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256