DÜNYA

Krımda fövqəladə vəziyyət elan edildi
06 İYUN
1307

Krımda fövqəladə vəziyyət elan edildi

2018-06-06 10:50:00

Krım yarımadasında fövqəladə vəziyyət elan edilib. Fins.az xəbər verir ki, fövqəladə vəziyyət elan edilməsinə səbəb quraqlığın hökm sürməsidir. Quraqlıq daha çox Kurman, İçki, Curçi və Seyidlər bölgələrində yaşanır.

Krım rəhbərliyi təsərrüfatına ziyan dəyənlərə təzminat ödənəcəyini açıqlayıb.

Məlumat üçün bildirək ki, Krımın su təminatının 80 faizi Şimali Krım kanalı, 20 faizi isə su anbarları vasitəsilə həyata keçirilirdi. Lakin, yarımadanın Rusiya tərəfindən işğalından sonra Şimali Krım kanalından su ötürülməsi dayandırılıb.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254