DÜNYA

Rusiyadan isveçlilərə məsləhət
06 İYUN
209

Rusiyadan isveçlilərə məsləhət

2018-06-06 10:36:00

Rusiyanın Stokholmdakı səfirliyi İsveçin baş naziri Stefan Levenin bəyanatına cavab verib. Leven bildirib ki, Rusiya krallıqda keçiriləcək parlament seçkiləri üçün real təhlükədir. 

Fins.az xəbər verir ki, seçkilər sentyabrın 9-da keçiriləcək. 

Səfirlik “Facebook” səhifəsində bildirib ki, baş nazir açıqlamasında heç bir tərəddüd etmədən Rusiyanı real təhlükə kimi qiymətləndirib. Səfirlik bu sözləri ədəbsizlik və həyasızlıq hesab edir. 

ABŞ və Fransanın ardından İsveçin bu cür açıqlama verməsi Rusiya tərəfini qəzəbləndirib.  

“Cənablar, əsəblərinizi cilovlayın! Siz hələ də başa düşməmisiz ki, Moskvanın ünvanına ədəbsiz ittihamlar işə yaramır və nəticədə bu sizin mənafenizə zərbə endirir? 

Seçkilər ərəfəsindən yalanlardan əl çəkmək və qonşu Rusiya ilə tavana dirədiyiniz münasibətləri yaxşılaşdırmaq yaxşı olmazdımı?”, - məlumatda bildirilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256