DÜNYA

Trampın təyyarəsi üçün 24 milyon dollarlıq soyuducu təklif olundu
05 İYUN
222

Trampın təyyarəsi üçün 24 milyon dollarlıq soyuducu təklif olundu

2018-06-05 12:53:00

ABŞ Hərbi Hava Qüvvələri prezident təyyarəsi üçün alınacaq 24 milyon dollar dəyərində soyuducudan imtina edib.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Nümayəndələr Palatasının sədri Co Kortni bəyan edib.

ABŞ HHQ-nin nümayəndəsi məlumatı təsdiq edərək hazırki, müqavilədən imtinadan sonra yeni müqavilə bağlamaq planının olmadığını bildirib.

Kortni qərarın Dövlət departamentinin rəsmi nümayəndəsi Xizer Noyert və HHQ-nin komandanlığı ilə birgə qəbul edlibiyini də qeyd edib.

Qeyd edək ki, 2007-ci ilin dekabr ayında Boeing şirkəti ABŞ HHQ ilə prezident təyyarəsinin iki soyuducusunu dəyişmək üçün 23,6 milyon dollara müqavilə bağlayıb. Həmin soyuducuların “Boeing 757”yə hələ 1990-cı ildə quraşdırıldığı bildirilir.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256