DÜNYA

Aİ-nin əksər ölkələrində işsizlik azalıb
03 İYUN
308

Aİ-nin əksər ölkələrində işsizlik azalıb

2018-06-03 15:58:00

 Bu il mayın 1-nə Avropa İttifaqı (Aİ) ölkələrində yaşayan əmək qabiliyyətli əhalinin orta hesabla 7,1%-i işsiz olub. 

Fins.az xəbər verir ki, bu barədə İttifaqın statistika qurumu - "Avrostat" məlumat yayıb.

Məlumata görə, Aİ-nin üzvləri arasında ən yüksək işsizlik səviyyəsi Yunanıstanda (20,8%) və İspaniyada (15,9%) qeydə alınıb. Bu nisbət Çexiyada 2,2%, Maltada 3%, Almaniyada isə 3,4% təşkil edir. Adı çəkilən ölkələr məşğulluq səviyyəsinə görə, Aİ-də ilk 3-lükdədir. 

Son 1 ildə İtaliya və Estoniya istisna olmaqla bütün İttifaq ölkələrində işsizlik səviyyəsi azalıb. Ən çox azalma Kiprdə (11,8%-dən 8,6%-ə), Xorvatiyada (11,5% dən 9,1%-ə) və Portuqaliyada (9,5% dən 7,4%-ə) baş verib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259