DÜNYA

Bu ölkədə anomal istilər səbəbindən fövqəladə vəziyyət elan edilib
01 İYUN
225

Bu ölkədə anomal istilər səbəbindən fövqəladə vəziyyət elan edilib

2018-06-01 09:31:00

 Meksikanın hakimiyyət orqanları anomal istilər səbəbindən ölkənin 31 ştatının 22-də fövqəladə vəziyyət elan edib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, bu barədə Milli Mülki Müdafiə Xidməti məlumat yayıb.

Xidmətin xəbərində bildirilir ki, ölkənin 573 bələdiyyəsi ərazisində dərhal fövqəladə vəziyyət elan edilib. Həmin bələdiyyələr Nayarit, Aşağı Kaliforniya, Cənubi-Aşağı Kaliforniya, Sonora, Oahaka, Çiuaua, Koauila, Duranqo, San-Luis-Potosi və digər ştatlarının ərazilərinə aiddir. Bu ştatların bəzi ərazilərində havanın hərarəti 45-50 dərəcəyə çatır.

Mayın 30-da Meksikanın paytaxtında son 100 ildə bu ay üçün demək olar ən böyük hərarət – 31,2 dərəcə qeydə alınıb.

Eləcə də bax: Tramp Avropaya ticarət müharibəsi elan etdi

© Report

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267