DÜNYA

Aİ cavab olaraq ABŞ mallarına rüsumlar tətbiq edəcək
01 İYUN
326

Aİ cavab olaraq ABŞ mallarına rüsumlar tətbiq edəcək

2018-06-01 09:24:00

Avropa İttifaqı ABŞ-ın polad və alüminiumun idxal rüsumları ilə bağlı verdiyi qərara cavab tədbirləri görəcək. Fins.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker deyib.  

“Aİ ABŞ-ın birtərəfli qaydada tətbiq etdiyi tarifləri əsassız və Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu hesab edir. Bu açıq-aydın proteksionizmdir”, - deyə Yunker qeyd edib.   

Onun sözlərinə görə, poladtökmə sahəsində bolluq probleminin həlli üçün Avropa Komissiyası son aylar ABŞ-la daim sıx əməkdaşlıq edir. Yunkerin sözlərinə görə, Aİ bu çətinliklərin mənbəyi deyil, əksinə, eyni səviyyədə onlardan əziyyət çəkir.   

“Biz hüquqlarımızı beynəlxalq ticarət hüququnun tələblərinə tam uyğun şəkildə qoruyacağıq”.

Eləcə də bax:Yaponiyaya azı 500 min xarici işçi gətiriləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255