DÜNYA

Tramp Avropaya ticarət müharibəsi elan etdi
31 MAY
297

Tramp Avropaya ticarət müharibəsi elan etdi

2018-05-31 21:20:00

ABŞ iyunun 1-dən Avropa İttifaqı, Kanada və Meksikadan polad və alüminiumun idxalına görə rüsum tətbiq edəcək.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, belə bir bəyanatla ABŞ ticarət naziri Uilbur Ross çıxış edib.

Tarif rejimi ilə bağlı fərman hələ mart ayında verilsə də, Tramp administrasiyası müvəqqəti olaraq üç əsas tərəfdaşı Avropa İttifaqı, Kanada və Meksika üçün istisna etmişdi.

Ticarətlə bağlı danışıqların aparılması üçün bu dövlətlərə mayın 31-ə kimi möhlət verilmişdi.

Eləcə də bax: Danimarkalılar bu qadağaya görə 1340 avro – CƏRİMƏ ÖDƏYƏCƏKLƏR

Buna baxmayaraq, tərəflər bu müddət ərzində rüsumlarla bağlı heç bir razılığa gələ bilməyib.

Rossun sözlərinə görə, polada görə 25 faizlik, alüminiuma görə isə 10 faizlik idxal rüsumu artıq cümə günündən etibarən qüvvəyə minəcək.

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Vaşinqtonun bu ölçülərinin cavabsız qalmayacağını bildirib.

“Bu qlobal ticarət üçün çox bədbin bir gündür. Biz dərhal Ümumdünya Ticarət Təşkilatına müraciət edəcəyik və yaxın saatlarda cavab tədbirlərini elan edəcəyik”, - deyə Yunker qeyd edib.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267